Küveytdə parlament seçkiləri başa çatıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,son 8 ayda bu ikinci parlament seçkisidir.
Müşahidəçilərin fikrincə, gün ərzində seçci fəallığı zəif olub. Məntəqələrin bağlanmasına bir neçə saat qalmış onların sayı birdən artıb. Bunu axşama doğur havanın nisbətən sərinləşməsi ilə əlaqələndirib.
Müxalifətin bir çox qrupları, o cümlədən islamçı sayılan siyasi qurumlar seçkiləri boykota çağırıblar. Onlar hesab edir ki, seçki haqqında qanunda dəyişiklik hakimi əl-Sabah ailəsinin mənafeyinə xidmət edir.