Küçədə öpüşmək qadağan edildi
14 iyun 2013 15:56 (UTC +04:00)

Küçədə öpüşmək qadağan edildi

Afrikanın cənubundakı Svazilend krallığında küçədə öpüşmək qadağan edilib. Lent.az-ın “France-Presse”ə istinadla xəbərinə görə, burada söhbət “gənclərin ehtiraslı öpüşləri”ndən gedir.

 

Körpə uşaqları və yaşlı insanları öpmək qadağan deyil. Yeni qaydanı pozanlar 120 emalangeni ( təxminən 10 manat) cərimələnəcək.
 

Qeyd edək ki, bu ölkədə yerə kağız atmaq, küçədə alver etmək, ictimai yerdə cinsi əlaqədə olmaq və küçədə təbii ehtiyacını dəf etmək qadağan edilir. Hazırda gənc qızlar kralın özünə növbəti arvad seçimi üçün hazırlaşırlar. Sentyabrda baş tutacaq festivalda qızlar çılpaq halda kralın qarşısında rəqs edəcək. Kral III Msvati onların arasından 14-cü arvadını seçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457
avatar

Oxşar yazılar