Korrupsiyaya görə «Total» bəraət alıb
09 iyul 2013 02:56 (UTC +04:00)

Korrupsiyaya görə «Total» bəraət alıb

Fransanın «Total» neft şirkəti və onun baş direktoru bəraət alıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şirkət və rəhbəri Səddam Hüseynin hakimiyyəti illərində BMT-nin «Neftin ərzaqla dəyişdirilməsi» proqramı çərçivəsində sui-istifadə  hallarına yol verməkdə ittiham olunurdu.

 

Bu proqrammı 1996-2003-cü illəri əhatə edib. Onda İraqa qarşı beynəlxalq sanksiyalar tətbiq olunmuşdu. Yalnız ərzaq malları və  başqa humanitar məhsullar üçün neft ixrac oluna bilərdi.

 

Həmin proqramın icrasına 64 milyard dollar xərclənib.

 

2003-cü ildə BMT proqramının tətbiqi zamanı korrupsiya və sui-istifadə halları ilə bağlı hesabatını açıqladı.

 

Neft almaq üçün «Total»ın da İraq hakimiyyətinə rüşvət verdiyi iddia olunurdu.

Bu cinayət işi ilə bağlı şirkətin 10 - a yaxın meneceri və bir neçə keçmiş diplomat dindirilib. Onların hamısı ittihamları rədd edərək, bildirib ki, proqrama və qaydalara uyğun fəaliyyət göstəriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 366
avatar

Oxşar yazılar