Kimyəvi silahın qadağan olunması haqqında konvensiya Suriyanın ərazisində oktyabrın 14-dən qüvvəyə minəcək.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirke bildirib.
O, qeyd edib ki, təşkilatın inzibati rəhbəri və konvensiyanın təsdiqləyicisi Pan Ge Muna Suriya Ərəb Respublikasının razılaşmaya qoşulmaq barədə rəsmi sənədi təqdim olunub.
«Qoşulma barədə ərizənin verilməsindən 30 gün keçdikdən sonra yəni oktyabrın 14-də Konvensiya Suriya Ərəb Respublikası üçün qüvvəyə minəcək» - deyə, BMT təmsilçisi söyləyib.
O, vurğulayıb ki, BMT-nin baş katibi Dəməşqin bu addımını dəstəkləyib və konvensiya qüvvəyə minənədək onun müddəalarına əməl etməyə çağırıb. Bununla yanaşı BMT Suriyadakı rejimdən əlavə məlumat tələb edib.