Konqresmenlər Barak Obamanı İranla müzakirələrə başlamağa çağırıb
19 iyul 2013 20:15 (UTC +04:00)

Konqresmenlər Barak Obamanı İranla müzakirələrə başlamağa çağırıb

ABŞ konqresmenləri ölkə prezident Barak Obamaya məktub ünvanlayıblar. APA-nın İRİB-ə istinadən məlumatına görə, 118 konqresmenin imzaladığı məktubda B. Obamadan İranda iyunun 14-də keçirilmiş XI dövr prezident seçkilərinin nəticələrini nəzərə alaraq, rəsmi Vaşinqtonun Tehranla müzakirələrə başlaması və razılığa gəlmək barədə əsaslı addım atmağa zəmin yaratması istənilir.

 

Qeyd edək ki, məktub Şimalı Karolina və Pensilvaniya ştatlarının nümayəndələri tərəfindən hazırlanıb, Demokratlar və Respublikaçılar partiyalarının 118 üzvü isə onu imzalayıblar. Bundan əvvəl istefada olan 25 amerikalı diplomat da B. Obamaya məktub ünvanlayaraq ondan İranla müzakirələrə başlamağa və Həsən Ruhaninin andiçmə mərasimində rəsmi Tehranı təbrik etməyi istəyiblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar