Vaşinqtonda Konqresi atəş tutan, polis tərəfindən öldürülən qadının psixi xarakterli xəstəliyi olduğu bildirilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «NBC»-i telekanalı
Səhiyyə orqanlarına əsasən xəbər yayıb.
TV bildirib ki, 34 yaşlı qadının adı Miria Keridir.O, Konnektikut ştatının Stemford şəhərinin sakinidir. Stomatoloq işləyib. Sürdüyü qara rəngli «İnfiniti» markalı avtomobilin arxa oturacağında uşaq aşkarlanan və sonradan xəstəxanaya göndərilib.
Qadın silahlı olmayıb. Ağ ev yaxınlığında bir neçə silahlı polis onu izləyib. Qadın onlardan yayınmağa çalışsa da onu təqib edənlər Kapitoliya yaxınlığında ona atəş açıb.
Qadının motivi hələlik məlum deyil.
***
01.36
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, konqresin binası yaxınlığında atışmanı başlayan qadının polis tərəfindən zərərsizləşdirildiyi bildirilib.
Xatırladaq ki, bir müddət öncə onun polis tərəfindən saxlanıldığına dair xəbər yayılmışdı.
***
00.56
ABŞ prezidenti Barak Obama konqresin binası yaxınlığında baş vermiş atışma ilə bağlı məlumatlandırılıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Ağ Evin nümayəndəsi bu haqda deyib: «Administrasiya hüquq-mühafizə orqanları ilə təmasdadır və vəziyyəti izləyir».
İlkin məlumata əsasən, qadın avtomobili Ağ Evin qapısına çırpmaq istəyib. Həmin vaxt prezident Barak Obama Ağ evdə olub.
Polislər onu oradan uzaqlaşdıraraq, Kapitoliyayadək aparıblar. Orada atışma olub.
İlkin ehtimala görə, atışmanın qadın başlayıb və bir polis öldürülüb.
Bir müddət öncə bildirilmişdi ki, qadının olduğu avtomobildə bir uşaq da var və olay nəticəsində bir neçə nəfər, o cümlədən bir polis yaralanıb.
***
23.54
Vaşinqtonda Kapitoliyada, Konqres binası yaxınlığında atışma olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda senatorlar və binadakı jurnalistlər bildirib.
Məlumata əsasən, polis yaralanıb.
Konqres üzvlərinin təhlükəsizliyi üçün tədbirlər görülür, onları binadan buraxılmır.