ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Con Beyner sentyabrın 3-də prezident Barak Obamanın Suriyaya zərbə endirmək təklifini dəstəklədiyini bəyan edərək, həmkarları tərəfindən eyni addımın atılmasının zəruri olduğunu bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.
Mənbənin məlumatına əsasən, Beyner sentyabrın 3-də konqresin başqa liderləri ilə birlikdə B. Obama ilə görüşüb.
«Mən prezidentin fəaliyyət çağırışını dəstəkləmək niyyətindəyəm» - deyə, Beyner görüşdən sonra jurnalistlərə açıqlayıb.
Konqresdə azlıq təşkil edən Demokratlar fraksiyasının lideri, parlamentin keçmiş sədr Nensi Pelosi də prezident Obamanın Suriyaya zərbə endirmək təklifini dəstəkləyib: «Suriyada kimyəvi silahdan istifadə faktını diqqətsiz qoymaq olmaz. ABŞ buna cavab verməlidir».