Devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Rəbiyyətül-Adaviya meydanına hərbçilər tam nəzarətinə götürüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bunu MENA agentliyinə ölkənin Daxili İşlər Nazirliyindəki mənbə bildirib.
Xatırladaq ki, bu meydan 1,5 ay ərzində Mursinin tərəfdarının nəzarətində olub.
Misirin Azadlıq və Ədalət Partiyası (“Müsəlman-qardaşları”nın siyasi qanadı) öz saytında bəyan edib ki, Rəbiyyə əl-Adaviya məscidi qarşısındakı səhnə, habelə yüzlərlə insanın cəsədi olduğu xəstəxana polis tərəfindən yandırılıb.