Kanadanın Toronto şəhərinin meri Rob Ford krek-kokain çəkdiyini etiraf edəndən sonra yerli sakinlər onun davranışından narazılıqlarını bildiriblər.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun yaxın köməkçilərindən biri Fordun istefa verəcəyini elan edib. Şəhər şurasındakı tərəfdarları isə bildirib ki, şəhər başçısı artıq etibarını itirib.
Noyabrın 6-da 200 nəfərdən çox insan şəhər valiliyinin binası qarşısına toplaşaraq, Fordun istefasını tələb edib.
Ona qarşı cinayət ittihamı irəli sürülmədiyindən şəhər hakimiyyəti Fordu vəzifədən kənarlaşdıra bilmir.
Xatırladaq ki, ötən gün o, krek – kokain narkotik maddə çəkdiyini ilk dəfə olaraq, təsdiqləyib.
«Bəli, mən krek-kokain çəkmişəm. Hər kəs səhv edir» -deyə, o, söyləmişdi.
Ford bildirmişdi ki, onun kokaindən istifadə etməsi növbəti mer seçkisində namizədliyini irəli sürməsinə əngəl törətmir.
Bundan başqa Rob Ford israrla bildirib ki, narkoman deyil.
Qeyd edək ki, bir neçə gün öncə, ölkənin ən iri şəhəri valisinin şüşə qəlyanla narkotik maddədən istifadə edərkən, rəqəmsal videoyazı ilə çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılmışdı.
O, bunu istefasına səbəb görmədiyini bildirmişdi.
Polis rəisi Bill Bleyr də videoyazının Forda qarşı ittiham irəli sürməyə əsas vermir.