Kokain çəkən mer yenə namizəd olmaq istəyir
06 noyabr 2013 07:23 (UTC +04:00)

Kokain çəkən mer yenə namizəd olmaq istəyir

Kanadanın Toronto şəhərinin meri Rob Ford krek – kokain narkotik maddə çəkdiyini ilk dəfə olaraq, təsdiqləyib.

 

Lent.az-ın «gazeta.ru»-yə istinadən məlumatına görə, bu haqda «Röyter» xəbər yayıb.

 

«Bəli, mən krek-kokain çəkmişəm. Hər kəs səhv edir» -deyə, o, söyləyib.

 

Ford qeyd edib ki, onun kokaindən istifadə etməsi növbəti mer seçkisində namizədliyini irəli sürməsinə əngəl törətmir.

 

Bundan başqa Rob Ford israrla bildirib ki, narkoman deyil.

 

Xatırladaq ki, bir neçə gün öncə, ölkənin ən iri şəhəri valisinin şüşə qəlyanla narkotik maddədən istifadə edərkən, rəqəmsal videoyazı ilə çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılmışdı.

 

O, bunu istefasına  səbəb görmədiyini bildirmişdi.

 

Polis rəisi Bill Bleyr də videoyazının Forda qarşı ittiham irəli sürməyə əsas vermir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar