Ukraynadakı «Udar» müxalifət partiyasının lideri, boks üzrə dünya çempionu Vitali Kliçko 2015-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkə parlamentindəki çıxışı zamanı o, deyib: «Namizəd kimi məni məhv etmək istəyənlərə açıq şəkildə bildirirəm ki, prezidentliyə namizədliyimi irləi sürəcəyəm».
Oktyabrın 24-də parlament vergi haqqında qanuna dəyişikliyi təsdiqləyib. Müxalifət hesab edir ki, bu, Almaniyada yaşamaq hüquq olan Kliçkonun prezidentliyə namizədliyini əngəlləmək üçündür.
Dəyişikliyə əsasən, xaricdə yaşamaq haqqı olan, Ukraynada yaşayan sayılmır. Ukrayna ərazisində 10 il ərzində yaşayan vətəndaş prezidentliyə namizəd ola bilər.