Kizlər yaxınlığında “Hizb-ət-Təhrir”-in 12 üzvü saxlanılıb
28 aprel 2013 03:48 (UTC +04:00)

Kizlər yaxınlığında “Hizb-ət-Təhrir”-in 12 üzvü saxlanılıb

Dağıstanda “Hizb-ət-Təhrir” adlı islamçı sayılan təşkilatının üzvlərinin avtomobil karvanı Kizlər şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb.

 

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına  görə, qadağan olunmuş təşkilatın 12 üzvü saxlanılaraq polis bölməsinə aparılıb.

 

“Kizlərin girişində “Hizb-ət-Təhrir” ekstremist təşkilatının üzvlərinə məxsus 25 avtomobildən ibarət karvanın şəhərə daxil olmasının qarşısı alınıb. Əllərində təşkilatın bayraqları olan bu şəxslər şəhərin mərkəzində icazəsiz tədbir keçirmək niyyətində olub” - deyə,  Dağıstan DİN-in məlumatında bildirilib.      

 

Nazirliyin açıqlamasına əsasən, təşkilatın saxlanılan 12 üzvü polis bölməsinə aparılıb. 

 

# 397
avatar

Oxşar yazılar