Şimali Kipr Türk Cümhuriyyəti məclisi Sibel Siberin başçılığı ilə Cümhuriyyətçi Birləşmiş Güclər Türk Partiyası, Milli Demokrat Güclər Partiyası və Toplumçu Demokrat Partiyasından ibarət yeni texnokratlardan ibarət hökuməti təsdiqləyib.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, yeni kabinet üzvlərinin siyahısı prezident Dərviş Əroğluna təqdim edilib.
O, tərkibi təsdiqləyib. İyunun 17-də parlamentdə hökumət proqramını elan edəcək. Bu ayın 21-də isə hökumətə etimad səs verməsi keçiriləcək.
İyulun 28-də isə növbədənkənar parlament seçkisi keçiriləcək.