Misir məhkəməsi 2011-ci ildə kopt kilsəsinin keşişinin qətlində günahkar bilinən 4 nəfərin dar ağacından asılması haqda hökm çıxarıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ittiham olunan 4 kişi qulluqçunun yardımı ilə Asüt şəhərində keşiş Daud Piter Boulesin evinə soyğun məqsədi girib. Onlar keşişi bıçaqla doğradıqdan sonra onunu şəxsi əşyalarını və pulunu götürərək, aradan çıxıblar.
Misirin hüquq-mühafizə orqanları cinayəti törədənlərin xristian olduğunu təsdiqləyərək, bildirib ki, onların əməlləri arxasında heç bir siyasi, dini motiv yoxdur.
Cinayətkarlardan birinə isə 10 il iş verilib.
İnformasiya vasitələrinin məlumatına görə, Misirdə edam hökmü çox nadir hallarda çıxarılır və icra olunur.