Kerri Əfqanıstanla Pakistan liderlərinə vasitəçilik edib
25 aprel 2013 04:12 (UTC +04:00)

Kerri Əfqanıstanla Pakistan liderlərinə vasitəçilik edib

Əfqanıstan prezidenti Həmid Karzay aprelin 24-də Brüsseldə Pakistan ordusunun baş qərargah rəisi və Pakistanın xarici işlər naziri  ilə görüşüb.


3 saata yaxın davam edən danışıqlarda iki ölkə arasındakı gərginliyin aradan qaldırılması yolları müzakirə olunub.
 

Görüşdə məqsəd iki ölkə arasındakı sərhəddə gərginliyi aradan qaldırmaqdır.

 

ABŞ dövlət katibi Con Kerri Brüsseldə Əfqanıstan və Pakistan liderləri arasında aparılan danışıqların səmərəli olduğunu bildirib.


Əfqanıstan Pakistanı sərhəd bölgəsində fəaliyyət göstərən yaraqlıları dəstəkləməkdə, onlara sığınacaq verməkdə günahlandırır.

Görüş ABŞ Dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə keçirilib.

# 456
avatar

Oxşar yazılar