ABŞ-ın dövlət katibi Con Kerri Moskvaya səfər edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, amerikalı diplomat Rusiya prezidenti Vladimir Putinlə danışıqlarda deyib ki, iqtisadi əməkdaşlığın inkişafı hər iki dövlət üçün vacibdir.
«Prezident Obama özəlliklə qeyd edib ki, Rusiya ilə ABŞ-ın iqtisadi məsələlər üzrə əməkdaşlığı tərəflərə çox böyük fayda verə bilər»- deyə, C.Kerri bildirib.
Onun sözlərinə görə, ABŞ bu və başqa məsələlərlə bağlı Rusiya ilə qarşılıqlı əməkdaşlığa ümid edir.