İraqın Kərkük şəhərində Kəşfiyyat Xidmətinin binasını ələ keçirməyə cəhd ediblər. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, binanı ələ keçirməyə çalışan insanlarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə 6 nəfər ölüb,
70 nəfər isə yaralanıb. Kəşfiyyat Xidmətinin binasının qarşısında içində bomba olan avtomobilin partladılması nəticəsində isə yaralıları aparmağa gələn 4 təcili yardım maşınının sürücüsü yaralanıb.
Hücumu heç bir qruplaşma üzərinə götürməyib.