Keniyanın Mombase bölgəsində polislə etiraz aksiyaçıları arasında qarşıdurma baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis etirazçılara atəş açıb. Nəticədə azı bir etirazçı həlak olub.
Məlumata əsasən, cümə namazından sonra başlayan aksiya zamanı sakinlər «Qurtuluş Ordusu» adlı xristian kilsəsini yandırıb. Ora söndürülüb.
Mənbə bildirib ki, oktyabrın 4-də, cümə günü məscidin xidmətçilərindən, islam din xadimini öldürülüb. Yerli polis naməlum şəxslərin onu avtomobildən atəş açaraq, vurduqlarını söyləyib. Onunla birlikdə daha üç nəfərdə həlak olub.