Britaniyanın baş naziri Devid Kemeron bu ilin mayında Rusiya prezidenti Vladimir Putinlə vergidə şəffaflığın təmin olunması ilə bağlı danışıqlardan razı qaldığını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin görüş cari ilin mayında Soçidə keçirilib.
«Britaniyada yaşayan hər kəs vergi ödəməlidir. Bu məsələni Soçidə Putinlə müzakirə etdik. Onun «20-liyə» və mənim isə «8-liyə» sədrliyim zamanı məhsuldar işləməyimizi istəyirəm. Vergidə şəffaflıq və ticarətlə bağlı məsələlərin müzakirəsində mən çox yaxşı cavab aldım»-deyə, ingilis nazir söyləyib.