Keçmiş hökumət başçısı təkadamlıq kamerada
23 may 2013 22:47 (UTC +04:00)

Keçmiş hökumət başçısı təkadamlıq kamerada

Gürcüstanın keçmiş baş naziri, hazırda isə “Vahid Milli Hərəkat” Partiyasının baş katibi  Vano Merabişvili təkadamlıq kameraya yerləşdirilib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Merabişvilinin vəkili Giorqi Çiviaşvili açıqlama verib.

 

Onun sözlərinə görə, Merabişvili özünü normal hiss edir, saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

 

“Merabişvili gümrahdır və mübarizəni davam etdirmək niyyətindədir. Hazırda biz apelyasiya şikayəti üzərində çalışırıq”- deyə, vəkil qeyd edib. Onun sözlərinə görə, saxlanma zamanı prosesual qaydaların pozuntusuna yol verilib.     

 

“Keçmiş baş naziri saxlamaq səlahiyyətinə ədliyyə naziri və ya baş prokuror malikdir, buna görə də prosesual qaydaların pozulması göz qabağındadır”, deyə Giorqi Çiviaşvili əlavə edib.

 

O həmçinin Merabişvilinin həbsxanaya gətirilərkən başqa dustaqların səs-küy salması barədə xəbərləri təkzib edib.      

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Oxşar yazılar