ABŞ hakimiyyəti Ukraynanın keçmiş baş naziri Pavel Nazarenkonun Kaliforniya ştatının Novato şəhərindəki «sarayını» müsadirə edib.
Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, «Ukrayinskaya pravda» bu haqda xəbər yayıb.
«Malikanə 100 Orbitz Lanedə yerləşir. 1998-ci il avqustun 18-də 6 milyon 745 min dollar qəbzlə alınıb. Malikanəyə çirkili pullarla yiyələnildiyindən o, birbaşa müsadirə olunur»-deyə, məhkəmənin qərarında bildirilib.
2 min kvadrat metr sahəsi olan 9 yataq otaqlı sarayda Lazarenko heç yaşamağa imkan tapmayıb. ABŞ gedən kimi o, həbs edilib.