Keçmiş baş nazir barədə qərar dəyişməyib
26 may 2013 06:33 (UTC +04:00)

Keçmiş baş nazir barədə qərar dəyişməyib

Kutaisi Apelyasiya məhkəməsi Gürcüstanın keçmiş baş naziri, “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvilinin vəkillərinin şikayətinin təmin etməyərək: onun barəsində həbs qərarını qüvvədə saxlayıb.

Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bundan öncə Kutaisi şəhər məhkəməsi Merabişvili barəsində istintaq müddətinə həbs qətimkan tədbiri seçib, Kaxeti qubernatoru, keçmiş əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Çiaberaşvilini isə 20 min lari (10 min AZN) girov müqabilində azad edib.

 

“Apelyasiya məhkəməsi Vano Merabişvilinin vəkillərinin şikayətinə baxaraq, Kutaisi şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb”- deyə, məhkəmənin məlumatında bildirilib.

 

Qeyd edək ki, Merabişvili və Çiaberaşvili "korrupsiya fəaliyyətində" (Gürcüstan Cinayət Məcəlləsinin 164-1-ci maddəsi), "xidməti səlahiyyətləri aşma" (332-ci maddə) və "dövlət vəsaitlərinin israfında" ittiham olunur (182-ci maddə). 

 

Xatırladaq ki, V. Merabişvili bir neçə gün əvvəl Kutaisidəki Qərbi Gürcüstan Dairə Prokurorluğunda dindirildikdən sonra saxlanılıb. Vano Merabişvili ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 823
avatar

Oxşar yazılar