Kazanda ölənlərdən biri Tatarıstan prezidentinin oğludur- TƏYYARƏ QƏZASI
18 noyabr 2013 10:48 (UTC +04:00)

Kazanda ölənlərdən biri Tatarıstan prezidentinin oğludur- TƏYYARƏ QƏZASI

Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzası zamanı Tatarıstan Respublikasının prezidentinin oğlu və respublikanın Federal Təhlükəsizlik Xidmətinin rəisi də həlak olub.

 

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Tatarıstan avikompaniyasının açıqladığı siyahıda  Tatarıstan prezidentinin oğlu İrek Minnixanov və FTX rəisi Anleksandr Antonovun adları göstərilib.

 

 

Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.

 

Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.

 

****

Tatarıstanın Kazan şəhərində baş verən təyyarə qəzasında ölənlərin siyahısı bəlli olub.

 

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, “twitter” sosial şəbəkəsində təyyarədə həlak olan sərnişinlərin siyahısı yayılıb. Həmin siyahıda 44 nəfərin adı və soyadı göstərilib.

 

Siyahıya nəzər yetirdikdə, təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlıların olmadığı məlum olur.

 

Qeyd edək ki, bu gün Moskva vaxtı 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.

 

Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.

 

Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.  

***

 Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. APA-nın Rusiya bürosunun məlumatına görə, qəza Kazan beynəlxalq hava limanında baş verib.

 

Domodedovo aeroportundan qalxan Moskva-Kazan aviaresyi ilə hərəkət edən “Boinq -737” sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində güclü yanğın olub.

 

Nəticədə 6 ekipaj üzvü də daxil olmaqla 50 nəfərin öldüyü bildirilib.

 

Faktla bağlı cinayətt işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5421

Oxşar yazılar

Tramp Elon Maskı sərt tənqid etdi

Tramp Elon Maskı sərt tənqid etdi

7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq”  əməliyyatı həyata keçirdi

İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi

7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi

7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49