Tatarıstanın paytaxtı Kazanda qəzaya uğrayan “Boeing 737” markalı təyyarənin “qara qutu”su tapılıb. Lent.az-ın məlumatına görə, bu barədə “Tatarstan” aviaşirkətindən “İTAR-TASS”a bildirilib.
Hələlik “qara qutu” yoxlanılmayıb. Lakin onun yeri təyyarə yerə çırpıldığı vaxt əmələ gələn çaladan aşkarlanıb.
Qeyd edək ki, ötən gün Moskva vaxtı ilə saat 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva - Kazan aviareysi ilə hərəkət edən “Boeing-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanına enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.