Mayın 4-də Əfqanıstan prezidenti Həmid Karzay bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) aldıqları pullardan döyüş komandirlərinə verməyiblər.
Lent.az-ın «Dojd» telekanalına istinadən məlumatına görə, o, Kabulda keçirdiyi mətbuat konfransında deyib: «Bz maliyyə vəsaitindən komandirlərə verməmişik. Onun çox dövlət müəssislərinin əməkdaşlarına yönəldilib, məsələn, bizim gözətçilərə».
H.Karzay Vaşinqtonun maliyyə yaradım edəcəyinə ümidvar olduğunu vurğulаyaraq, bu vəsaitin gənclərə təqaüdünün verilməsinə, xəstələrin müalicə xərclərinin ödənilməsinə sərf edildiyini də söyləyib.