Çeçenistanın başçısı Ramazan Kadırov Bostonda terror törətmək şübhəli bilinən Tsarnayev qardaşlarını «ən axırıncı şeytan» adlandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, respublika paytaxtında keçirilən müşavirədə o, deyib : «Bu gün mən bütün məsuliyyətimlə bildirirəm ki, Tamerlan və Coxar əsl şeytandır, şeytanın ən axırıncısıdırlar. Ona görə də mən onlar müdafiə etməyəcəyəm və dəstəkləyici bir söz belə söyləməyəcəyəm»..