Kabulda partlayış: həlak olanların sayı 16-ya çatıb
11 iyun 2013 21:13 (UTC +04:00)

Kabulda partlayış: həlak olanların sayı 16-ya çatıb

Əfqanıstan polisi paytaxt Kabulda Ali Məhkəmənin binası yaxınlığında baş vermiş partlayış nəticəsində 16 nəfərin həlak olduğunu bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 40-dan çox insan yaralanıb. Minalanmış maşın içərisində məhkəmə əməkdaşları olan avtobusa çarpılıb.

 

Taliban artıq partlayışın məsuliyyətini üzərinə götürüb. Həlak olanların və yaralananların sayına görə, bu terror aktı son ilyarımda Kabulda baş vermiş ən böyük qanlı hadisədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar