Əfqanıstan paytaxtı Kabulda yaraqlılarla təhlükəsizlik qüvvələri arasında atışma olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, dağıdılmış binalardan birində Mühacirət üzrə Beynəlxalq təşkilatın əməkdaşları işləyirmiş. Qurumun Cenevrədəki təmsilçisi bildirib ki, əməkdaşlarından biri ağır yaralanıb. Ondan başqa daha üç gözətçi də xəsarət alıb.
Humanitar təşkilatın çalışdığı bina ilə yanaşı hökumət müəssisə yerləşir. Hələlik basqın edənlərin məqsədi açıqlanmayıb.
Hücumun məsuliyyətini taliban üzərinə götürüb.