Dumanın Çeçenistandan olan deputatları parlamentin rəhbərliyinə Rusiya Liberal Demokrat Partiyasının lideri Jirinovskinin Şimal Qafqaz xalqlarına qarşı işlətdiyi ifadələr bağlı mürciət edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, deputat Məhəmməd Vaxayev bildirib ki, Dumanın rəhbərliyi bu məsələni fraksiya başçılarını iştirak ilə müzakirə edəcəyini boyun olub.
Xatırladaq ki, Jirinovski «Rusiya» telekanalı ilə çıxışında terrorçuluğun mənbəyi Şimali Qafqazda doğuma nəzarət etməyi təklif edib. Bundan başqa o, deyib ki, şimali qafqazlılar özlərini «həyasız aparır, işləməyi bacarmır və istəmirlər, oxuya bilmirlər».