Rusiyanın tanınmış siyasi liderlərindən biri Vladimir Jirinovski prezident Vladimir Putin və baş nazir Dmitrii Medevedevə oğlu İqor Lebedevin vəzifəyə təyin edilməsi barədə məktub göndərib.
Let.az-ın «interfaks»a istinadən məlumatına görə, o, bildirib ki, Liberal Demokrat Partiyası Duma sədrinin müavini Lebed İqor Vladimiroviçi boşalmış baş nazirin müavini vəzifəsinə təyin edilməsini təklif edib.
Xatırladaq ki, baş nazirin müavini Vladislav Surkov öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib.