“Sabiq baş nazir Vano Merabişvilinin işi ilə bağlı heç bir fikir irəli sürmək olmaz”.
APA-nın məlumatına görə, bu fikirlər Gürcüstanın baş naziri Bidzina İvanişviliyə məxsusdur.
“Merabişvilini həbs ediblər, yoxsa istintaqa çağırıblar? Məndən nə gözləyirsiniz? Düşünürəm ki, məhkəməni gözləmək lazımdır. Keçmiş hakimiyyətə, o cümlədən Merabişviliyə ünvanlanacaq suallar var. Nə qədər məhkəmə olmayıb, heç bir fikir yürütmək olmaz”.
Merabişvilinin Gürcüstan prezidentliyinə namizəd ola biləcəyi barədə sualı baş nazir istehza ilə cavablandırıb: “Təəssüf ki, belə bir prezidenti itirdik, lakin biz qanuna tabe olmalıyıb. Siyasi opponentlərimizin təqibə məruz qalması barədə ittihamlar o qədər zəifdir ki, müxalifət bu ittihamdan istifadə edə bilmir. Gürcüstan siyasi təqib yoxdur, mən buna yol vermərəm”.