İvanişivli : «Rustavi-2» Saakaşvilinindir»
24 aprel 2013 07:43 (UTC +04:00)

İvanişivli : «Rustavi-2» Saakaşvilinindir»

 Gürcüstanın baş naziri Bidzina İvanişvili aprelin 23-də ölkə prezidenti Mixail Saakaşvilinin etirafından danışıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, guya prezidentlə görüşlərdən birində Saakaşvili «Rustavi-2» teleşirkətinin ona məxsus olduğunu boynuna alıb.

 

«Üçüncü görüşümüzdə Saakaşvili «Rustavi-2» teleşirkətinin ona məxsus olduğunu bildirdi. Mən də dedimi ki, çıx bunu açıq şəkildə etiraf et» -deyə, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında İvanişvili jurnalistlərə açıqlamasında söyləyib.

 

Prezidentin mətbuat katibi Manana Mancqaladze isə baş nazirin dediklərinin gerçəkliyə uyğun olmadığını bildirərək, xəbəri təkzib edib. Onun sözlərinə görə, baş nazirlə prezident arasında «belə söhbətə olmayıb».

 

Mənbənin xatırlamasına əsasən, «Rustavi-2» telekanalı 1994-cü ildə təsis olunub.

 

# 1043
avatar

Oxşar yazılar