İtaliya polisi hava limanında yükdaşyına işləyən 19 nəfəri həbs edib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar baqajda sərnişinlərə məxsus fotoaparat, cib telefonu başqa əşyalarını oğurlamaqda ittiham olunurlar.
Oğurluqda şübhəli bilinənlər ölkənin bütün hava limanlarına yükdaşıyan «Alitalia» şirkətində işləyiblər.
Polis təxminən bir il bu işi araşdırıb. Onlar cinayətlərini ifşa etmək üçün təyyarələrdə gizli kameralar quraşdırılıb. Suçları təsdiqlənəcəyi halda onları 6 aylıq həbs cəzası gözləyir.