Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, deyib: «Bu, tənəzzüldən çıxmaq perspektivlərini bir sıra işarələri göstərən iqtisadi böhran şəraitində özəlliklə təhlükəlidir».
Dövlət başçısı adından avqustun 14-də mətbuat üçün açıqlamada dövlət başçısı İtaliya Appeliyasiya məhkəməsinə etimad göstərdiyini nümayiş etdirib. Həmin sənəddə o, keçmiş baş nazir Silvio Berluskoni barəsində çıxarılmış hökmü şərh edərək, onun bağışlamaqdan faktiki imtina edib.
Müraciətdə Berluskoninin gəlir vergisi ödəməkdən yayındığı üçün mühakimə edildiyi qeyd olunub. «Məhkəmənin hökmü icra edilməlidir»-deyə, Napolitano yazıb.
Sənəddə Berluskoninin əfvi ilə bağlı müraciətin nə mühakimə olunan, nə də onların Xalq Azadlıq Partiyasından edilmədiyi də göstərilib.
Prezident sarayındakı mənbə bildirib ki, Napolitano Berluskoninin məhkəmə işini diqqətlə öyrənib, Xalq Azadlıq Partiyası və Demokratik Partiyanın təmsilçiləri ilə görüşüb, eləcə də hüquq müşavirləri ilə məşvərət edib.