Türkiyənin Mülki Aviasiya Bdarəsi aprelin 1-dən İrəvan-İstanbul reyini dayandırır.
Lent.az-ın məlumatına görə,bu barədə “Armenia today “ portalı “Noravank” turizm şirkətinin direktoru Aşot Soqomonyana istinadla xəbər verib.
O, bunun çox güman ki, Türkiyə Xarici İşlər Nazirliyinin mövqeyi ilə bağlı olduğunu qeyd edib.
Amma bu reys üzrə işləyən Ermənistan turizm şirkətləri məsələyə böyük ehtiyatla yanaşır və hesab edirlər ki, qərara yenidən baxılacaq.
“Lideriya-tur” şirkəti onda belə bir informasiya olmadığını deyir.
Xatırladaq ki, Türkiyənin Mülki Aviasiya İdarəsi bundan əvvəl həmçinin apreldə planlaşdırılan Van-İrəvan-Van reysini də təxirə salıb.
Aşot Soqomonyanın sözlərinə görə, bu reysin də bağlanmasını Türkiyənin Xarici İşlər Nazirliyi göstəriş verib.