Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında “Türk Hava Yolları”na məxsus 2 sərnişin təyyarəsi toqquşub. Lent.az-ın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, Vyana – İstanbul reysini həyata keçirən “Airbus A330-200” San-Pauludən gələn “Airbus A340-300”lə üz-üzə gəlib.
Nəticədə hər iki təyyarə ciddi zərər dəyib. Sərnişin və ekipaj üzvlərindən isə xəsarət alan olmayıb.
Hazırda hava limanının təhlükəsizlik xidməti insidentin təfərrüatlarını öyrənir.