Validən Hülyanı təkzib: «İndiki halda müdaxilə planı yox»
13 iyun 2013 21:02 (UTC +04:00)

Validən Hülyanı təkzib: «İndiki halda müdaxilə planı yox»

Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanla görüşdən sonra tanınmış aktrisa Hülya Avşarın «24 saat ərzində meydana müdaxilə olacaq» bəyanatına, İstanbul valisi Hüseyn Avni Mutlu cavab verib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumata görə, telekanala canlı müsahibəsində o, bunları söyləyib: «Baş nazirlə Hülya xanım arasında görüşdə nədən danışıldığından xəbərsizəm. Ancaq bizə belə bir göstəriş verilməyib. İndiki ana bizim belə bir planımız yoxdur. Bununla belə müdaxiləyə əsas verən sıxıntılar da var».

 

Vali deyib ki, xanımın hiss etdiyi bir məsələlər ola bilər, ancaq ehtimalla belə bir dəyərləndirmə etməməsi daha yaxşı olardı.

 

«İndi belə bir müdaxilənin olmadığın ifadə etmək istəyirəm. Ancaq bu, gələcəkdə belə bir müdaxilənin olmayacağı demək deyil. Bunun necə ediləcəyini isə bir onsuz da paylaşırıq»- deyə, vali vurğulayıb.

 

O, «Gəzi»yə gedəcəyini bildirərək, canlı bağlantı üçün telefon nömrəsi də verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1636
avatar

Oxşar yazılar