İsrailin Ali Məhkəməsi bir qrup fəalın «yəhudi» və ya «ərəb» kimi deyil, «israilli» milliyyəti kimi qeydə almaq xahişini rədd edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ölkənin Daxili İşlər Nazirliyi belə bir milliyyətin mövcudluğunu tanımır.
21 fəaldan ibarət qrup üzvlərinin əksəriyyəti «yəhudi» kimi qeydə alınmalarını qeyri-demokratik sayaraq, pasportdakı «milliyyət» bölməsində «yəhudi» sözünun yazılmasının ayrı-seçkilik olduğunu bildiriblər.
İsrail Ali Məhkəməsi milliyyət və vətəndaşlığın müəyyənləşdirilməsi kimi məsələlərin onun səlahiyyətlərinə aid olmadığını açıqlayıb. Hakimlərin fikrincə, ayrıca «İsrail milliyyəti»nin mövcudluğunu sübut edən heç bir dəlil yoxdur.