İsrail Türkiyədən hərbi baza istəyir
22 aprel 2013 11:26 (UTC +04:00)

İsrail Türkiyədən hərbi baza istəyir

Bu gün İsrail və Türkiyə arasında hərbi məsələlərlə bağlı danışıqlar başlayacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, Böyük Britaniyanın “Sunday Times” qəzeti İsrailin bu danışıqlarda Ankaradan “Əkinçi” hərbi bazasından istifadə etməyə icazə istəyəcəyini yazıb.

 

Qeyd edək ki, İsrail və Türkiyə arasında 1996-cı ildə imzalanmış sazişə əsasən İsrail Hərbi Hava Qüvvələri təlim uçuşları keçirmək üçün “Əkinçi” bazasından, Türkiyə isə İsrailin “Yeqeve” hərbi bazasından istifadə edib. İndi isə “Əkinçi” hərbi bazası İsrailə İranın nüvə obyektlərinə ilkin zərbə endirmək üçün lazımdır. Bunun müqabilində danışıqlarda iştirak edəcək İsrail baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Yakov Amidor Türkiyəyə qabaqcıl raket və müşahidə texnologiyaları təklif edəcək.  

 

Danışıqlar zamanı İsrail “Mavi Mərmərə” olayı zamanı həyatını itirən 7 türkün ailəsinə verəcəyi kompensasiyanın miqdarı barədə də razılaşma əldə etməyə çalışacaq.

# 716
avatar

Oxşar yazılar