İsrail Suriyanı yenə bombaladı
05 may 2013 07:52 (UTC +04:00)

İsrail Suriyanı yenə bombaladı

 İsrail Dəməşqin Camaraya rayonunda yerləşən hərbi tədqiqat mərkəzinə raket zərbəsi endirib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün SANA agentliyi məlumat yayıb.  

 

Bir qədər əvvəl KİV-lər Camaraya rayonunda güclü partlayış baş  verdiyi barədə məlumat verib.

 

Qeyd edək ki, bundan öncə “New York Times” qəzeti İsrail Hərbi Hava qüvvələrinin iki gün əvvəl Suriya ərazisinə aviazərbəsi zamanı Livanın “Hizbullah” qruplaşması üçün nəzərdə tutulmuş taktiki raket partiyasının məhv edildiyini iddia edib.

 

Bütün hallarda İsrail tərəfi bu məlumatları şərh etməyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137
avatar

Oxşar yazılar