İsrail «Hizbullah»ın pilotsuz aparatını vurduğun bildirir
26 aprel 2013 00:20 (UTC +04:00)

İsrail «Hizbullah»ın pilotsuz aparatını vurduğun bildirir

İsrail hərbçiləri ölkənin şimalında Xayfa rayonunda Livandan uçan pilotsuz uçan aparatı vurduqlarını bildirib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, aparat Livan ərazisindən uçanda nəzarətə götürülüb, sərhədi keçəndə dəniz üzərində vurulub.

 

İsrail hərbçiləri bu qurğunun Livandakı «Hizbullah» qruplaşmasına məxsus olduğunu ehtimal edib.

 

Yəhudi dövlətinin müdafiə naziri Dani Danon bu olayı şərh edərkən deyib: «Hizbullah» vasitəsi ilə İran bizim hazırlığımızı yoxlayır».

 

O, bu olayın cəzasız qalmayacağını vurğulayaraq, deyib: «Biz ona zamanında gərəkən yerdə cavab verəcəyik». 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar