İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi üzrə danışıqların ikinci mərhələsi yaxın iki həftə ərzində davam edəcək.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ABŞ-ın dövlət katibi Con Kerri açıqlama verib.
«Danışıq aparan tərəflər iki həftə ərzində müzakirələri ya İsrail, ya da Fələstin ərazisində davam etdirəcək»-deyə, o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.