İspaniyanın şimal-qərbində azı 6 şaxtaçı həlak olub. Lent.az-nı «İnterfaks»-a istinadən məlumatına görə, faciəyə səbəb Daş kömür şaxtadakı tullantı qaz olub.
Mənbə bildirib ki, hadisə Leon şəhəri yaxınlığında baş verib. Şaxtaçıların metan qazından zəhərlənərək, həlak olduğu ehtimal edilir.
Daha beş işçinin yaralı halda çıxarılaraq, xəstəxanaya aparıldığı da bildirilib.