İş adamı Putini üzük oğrusu adlandırdı
17 iyun 2013 15:37 (UTC +04:00)

İş adamı Putini üzük oğrusu adlandırdı

Amerikanın futbol klubu “New England Patriots”un sahibi, iş adamı Robert Kraft Rusiya prezidenti Vladimir Putinin oğru olduğunu iddia edib. Lent.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, iş adamı 8 il əvvəl Putinin onun 25 min dollar dəyərindəki üzüyünü oğurladığını deyib.

İngiltərənin “The Daily Telegraph” qəzetinin yazdığına görə, hadisə 2005-ci ildə Putinin Robert Kraft ilə Rusiyanın Sankt- Peterburq şəhərində görüşləri zamanı baş verib.

Həmin vaxt R. Kraftın klubun liqa çempionu olması şərəfinə hazırlatdığı almazlarla bəzədilmiş 25 min dollarlıq üzük Putinin xoşuna gəlib. Üzüyü əlinə götürərək baxan Putin daha sonra üzüyü qaytarmayıb. Kraft isə üzüyü rus xalqını sevdiyi üçün hədiyyə etdiyini deyib.

Səkkiz il sonra həqiqətləri açıqlamağa qərar verən R. Kraft Putinin oğru olduğunu söyləyib: “Putinə üzüyü geri qaytarması üçün əlimi uzatdım, amma üzüyü cəld bir şəkildə cibinə qoydu. Yanında üç nəfər var idi və Putin onlarla çıxıb getdi”

72 yaşlı Robert Kraftın sözlərinə görə, o, Ağ Evin xahişi ilə üzüyü hədiyyə etdiyini deməyə məcbur olub: “Hadisədən sonra Ağ Evdən mənə zəng gəldi və ABŞ-Rusiya münasibətlərinin pozulmaması üçün üzüyün əlimdən alındığını açıqlamamam xahiş olundu”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23