İraqda terror aktı: 22 nəfər həlak olub
14 iyul 2013 02:48 (UTC +04:00)

İraqda terror aktı: 22 nəfər həlak olub

 İyulun 13 İraqda törədilmiş bir neçə terror aktı 22 nəfərin həyatına son qoyub.

İraq paytaxtının cənubunda yerləşən məscidin yaxınlığında ötən gün törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb. Polisin məlumatına görə, partlayış Xalid bin əl-Valid məscidinin mərkəzi girişinin   qarşısında törədilib. Partlayışa görə məsuliyyəti hələlik heç bir təşkilat öz üzərinə götürməyib.

 

Bundan başqa Bəəkübə şəhərində terrorçu-kamikadze özünü insanların sıx olduğu küçədə partladıb. “İTAR-TASS”ın verdiyi xəbərə görə, nəticədə, ikisi polis olmaqla, üç nəfər ölüb.

 

Bağdadda yas mərasimi keçirən ailə terrorçuların hədəfi olub. Minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb.  

 

Daha iki nəfərin ölümü ilə nəticələnən terror aktları Əl-Müqdadiyyə və Mosul şəhərlərində törədilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar