Bağdadın şimalında avtomobilə qoyulmuş minanın partlaması nəticəsində iranlı 5 zəvvar həlak olub, 19 nəfər yaralanıb.
Lent.az-ın «Frans Press»ə istinadən məlumatına görə, zəvvarlar İrandan Balad şəhərindən Samarraya doğur hərəkət edərkən, onların mindiyi avtomobilin yanındakı maşına qoyulmuş minanın partlayıb.
Mənbənin məlumatına əsasən, həmin marşrutda bu həftənin əvvəlində də İrandan gələn zəvvarlar oxşar terror aksiyası ilə üzləşib. Onda 8 nəfər həlak olmuş, 15 –i isə yaralanmışdı.
BMT mütəxəssislərinin hesabatına görə, cari ilin aprelində terrorçular İraqın 700-dən çox vətəndaşının qətlə yetirib. Bu 2007-ci ildən bəri ən yüksək göstəricidir.