İraqda baş verən partlayış nəticəsində həlak olanların sayı 48 nəfər çatıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «Assoşieyted pres» bildirib ki, terakt ölkənin əl-Səudiyyə şəhərində baş verib. Mina quraşdırılmış avtomobil şəhər bazarında partlayıb.
Mənbə xatırladıb ki, əvvəlcə 30-dan çox insanın olay qurbanı olduğu haqda xəbər yayılmışdı.