İraqın şimalında, Kərkük şəhərində kafelərdən birində bomba partlayıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, partlayış nəticəsində 38 nəfər həlak olub, 30-a yaxını yaralanıb.
Yeri müşahidəçilər bildirib ki, Orucluqla bağlı həmin yeməkxananın yiyəsi iftar süfrəsi açıbmış. Hadisədə o zaman baş verib.
Məlumata əsasən, iyulun ilk günlərində İraqda 250-dən çox insan çeşidli terror aksiyalarının qurban olub.
Cari ilin ilk 6 ayı ərzində 2, 5 min insan baş vermiş zorakılıq ucbatından həyatını itirib.