İraqın paytaxtı Bağdadda terror aktı törədilib. Lent. az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, nəticədə 24 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, hadisə paytaxtın şimalında baş verib. Yaralıların vəziyyətinin ağır olduğu və buna görə də ölü sayının artacağı hesab olunur.
Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.