Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, polisin açıqlamasına əsasən, partlayışlardan 13-ü birbaşa Bağdadda, biri isə paytaxt ətrafındakı Mədain şəhərində törədilib. Partladıcı qurğuların əksəriyyəti avtomobillərə yerləşdirilib, biri isə yolun kənarında quraşdırılıb.
Terror aktları mağaza və kafelərdə insanların daha çox olduğu vaxtda törədilib.
***
00.45
İyulun 20-də axşam saatlarında İraq paytaxtında ardıcıl terror törədilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay nəticəsində azı 30 nəfər həlak olub, 70-ə yaxın sakin yaralanıb.
Yerli polisi məlumatına əsasən, iki partlayış paytaxtın mərkəzində Karrada rayonunda, eləcə də Bağdadın şimalında və cənubunda belə terakt törədilib.
Cinayət ticarət mərkəzlərindən birində, iftar ərəfəsində baş verib.